...

Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Hadisə Materials 9 Dekabr 2017 14:55 (UTC +04:00)
Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.
Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Bakı. Trend:

Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Trend-ə verilən məlumata görə, rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ 2106” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis Şöbəsinə ərizə ilə müraciət edib.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində N.İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində E.Novruzov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti