...

700 milyon manatlıq qanunsuz pul köçürmədə ittiham olunan şəxsin şikayəti rədd edildi

Hadisə Materials 12 Noyabr 2021 14:50 (UTC +04:00)
700 milyon manatlıq qanunsuz pul köçürmədə ittiham olunan şəxsin şikayəti rədd edildi

Bakı. Samir Əli -Trend:

Bakı Apelyasiya Məhkəməsində 700 milyon manatdan artıq qanunsuz pul köçürməkdə təqsirləndirilən Rəşad İsgəndərovun Binəqədi rayon məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.İsgəndərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rəşad İsgəndərov 2018-2019-cu illər ərzində faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyəyə göndərib.

Bunun müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min dollar və 6 milyon 110 min avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsi, həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 ədəd noutbuk, 1 ədəd stolüstü komputer, 118 min ABŞ dolları, 61 min manat, 1.125 AVRO pul vəsaiti, 2 ədəd mobil telefon aşkar edilərək götürülüb.

Rəşad İskəndərova qarşı Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi materialalırndan məlum olub ki, R.İsgəndərov qeyriləri ilə ümumilikdə 732 milyon manatdan çox məbləğdə pul vəsaitini Türkiyəyə göndərməklə 5 milyon 793 min manatı qanunsuz fəaliyyət nəticəsində gəlir qismində əldə edib.

Razılaşmaya əsasən R.İsgəndorov Türkiyəyə pul göndərmək istəyənlərdən vəsaiti alır, Türkiyədə həmin məbləği Mustafa Kılıç ödəyirmiş. Bu əməliyyatdan onların qazancı göndərilən məbləğin 1-2 faizi olub.

Bunun üçün Mustafa Kılıç Bakıda R.İsgəndərova ilkin olaraq 624 min dollar verib. Pul köçürmə vaxtı yalnız dollar və avrodan istifadə edilib. R.İsgəndərov Türkiyəyə pul göndərərkən Mustafa ilə əlaqə saxlayıb göndərilən miqdarda pulu olub-olmadığını soruşur, razılıq verdiyi təqdirdə müştəri kimi qəbul etdiyi şəxsdən göndəriləcək pulu və xidmət haqqı olaraq həmin pulun 1,2 faizi miqdarında əlavə pul alıb.

İstintaq müəyyən edib ki, pul köçürmə fəaliyyəti nəticəsində 2015-2019-cu illər ərzində cəmi 269 min dollar və 40 min avro qazanc əldə ediblər. Ümumilikdə isə bu illər ərzində 700 milyondan çox vəsait köçürülməsi aparılıb. Bu əməliyyatla müəyyən edilib ki, pul köçürmə əməliyyatının əsas marşurutu Azərbaycan-Türkiyə- Rusiya olub.

Bu işlə bağlı açılan cinyət işində R.İsgəndərovun əməlləri ayrıca cinayət işində araşdırılıb. Azərbaycanda bu əməlliyyatda iştirak edən digər şəxslər də məsuliyyətə cəlb edilib. Onlar barəsində ayrıca cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti