...

Ağdamda kafedə yanğın olub

Hadisə 24 Yanvar 2022 17:45 (UTC +04:00)
Ağdamda kafedə yanğın olub

Bakı. Trend:

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının taxta konstruksiyalardan ibarət kafedə baş verdiyi və onun hər an kafeyə bitişik fərdi yaşayış evinə keçmə təhlükəsinin olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan kafenin 12 kv.m sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb, yüksək temperaturdan kafenin daxili arakəsmələri 5 kv.m sahədə deformasiyaya uğrayıb.

Kafenin qalan hissəsi və ona bitişik yaşayış evi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti