...

ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar

Maraqlı Materials 28 Noyabr 2021 17:58 (UTC +04:00)
ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar

Bakı. Cani Babayeva - Trend:

Bakıda Dünya Yaş Qrupu Yarışlarında 15-16 yaş qrupunda qadınlar arasında ikili mini-batutda tullanma proqramında ABŞ gimnastları bütün mükafat yerləri tutublar.

Trend-in məlumatına görə, Coslin Beyn (68,600 xal) qızıl, Rozali Tonqpxey (68,300 xal) gümüş, Jaklin Kent (67,500 xal) bürünc medalı qazanıblar.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti