...

Kabulda ABŞ qoşunlarının çıxarılması tələb edilib

Siyasət Materials 17 Mart 2013 00:06 (UTC +04:00)
Bir neçə yüz əfqan Kabulda parlamentin qarşısına çıxaraq, Vardak vilayətindəki ABŞ ordusunun çıxarılmasını tələb ediblər.
Kabulda ABŞ qoşunlarının çıxarılması tələb edilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Bir neçə yüz əfqan Kabulda parlamentin qarşısına çıxaraq, Vardak vilayətindəki ABŞ ordusunun çıxarılmasını tələb ediblər.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Əfqanıstanın prezidenti Həmid Kərzai Vardak vilayətində insanların oğurlanması və təhqir edilməsi ittihamlarına görə, ABŞ komandosunun ərazidən çıxarılması haqqında sərəncam verib.

Hərbçilərin çıxarılmasının vaxtı martın 10-da başa çatsa da, səlahiyyətlərin yerli təhlükəsizlik qüvvələrinə verilməsi üçün vaxt uzadılıb.

Qeyd edək ki, talibanlar Vardakdan silah və döyüşçülər əldə etmək üçün baza kimi istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti