...

Deputat: Ticarət mərkəzləri qarşısında avtomobillərdən yığılan pullar ciblərə gedir

Siyasət Materials 16 Dekabr 2016 14:00 (UTC +04:00)
Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar.
Deputat: Ticarət mərkəzləri qarşısında avtomobillərdən yığılan pullar ciblərə gedir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bir çox ticarət mərkəzləri var ki, avtomobillərin saxlanması üçün vətəndaşlardan pul alırlar.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün keçirilən plenar iclasda İnzibati Xətalar Məcəlləsinə avtomobilin parklanması ilə bağlı dəyişikliklər edilməsi təklifinin müzakirəsi zaman deyib.

F.Ağamalı vurğulayıb ki, orada yığılan pullar büdcəyə getmir, ciblərə gedir:

"İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı dəyişikliklər həmin pulların dövlət büdcəsinə yönəlməsinə şərait yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti