...

Cənubi Qafqazda ədalətli sülhü dəstəkləməyə davam edəcəyik - ABŞ Prezidenti

Siyasət Materials 31 May 2023 11:23 (UTC +04:00)
Cənubi Qafqazda ədalətli sülhü dəstəkləməyə davam edəcəyik - ABŞ Prezidenti

Bakı. Trend:

Cənubi Qafqazda ədalətli sülhü dəstəkləməyə davam edəcəyik.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətində deyib.

"Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq. Bundan əlavə, biz gələcək nəsillər üçün Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təşviqinə kömək edəcək davamlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyik.

Qarşıdan gələn illərdə əməkdaşlığımızın davamlı olmasını səbirsizliklə gözləyirəm", - deyə müraciətdə qeyd olunub.

Qeyd edək ki, Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti