...

Ermənistan ABŞ-dan təhlükəsizlik zəmanəti alıb - Gizlinlər AÇILIR

Siyasət Materials 15 Noyabr 2023 00:18 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Rusiyanın təzyiqi və ya Ermənistana embarqo tətbiq edəcəyi təqdirdə Ermənistanı tam dəstəkləmək öhdəliyi götürüb.

Trend KİV-lərə istinadən xəbər verir ki, ABŞ Ermənistan ordusunu hərbi texnika, uniforma və sursatla təmin edəcək, ölkənin təhlükəsizlik orqanlarına, o cümlədən polisə texniki dəstək verəcək.

Bundan əlavə, qeyd edilir ki, Vaşinqton Ermənistana dizel yanacağı və enerji resursları, həmçinin "Metsamor" AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. ABŞ, həmçinin bu atom elektrik stansiyasının idarə edilməsi və istismarı üçün texniki dəstək verməyə hazırdır.

KİV-in məlumatına görə, lazım gələrsə, Amerikanın peyk interneti erməni internet provayderlərinin ixtiyarında olacaq.

ABŞ maliyyə sektorunda Ermənistana da kömək etməyə hazırdır. Belə ki, əgər ölkə Rusiya Federasiyasının mümkün sanksiyaları nəticəsində xarici valyuta çatışmazlığı ilə üzləşərsə, ABŞ Ermənistana dəstək verəcək.

Bildirilir ki, ABŞ Ermənistana buğda tədarük etməyə də hazırdır.

Təbii ki, bütün bunlara görə Ermənistan Moskvaya qarşı tam demarşı nəzərdə tutan öhdəliklər götürüb. Daha əvvəl Ermənistan mətbuatının yazdığı kimi, ölkənin baş naziri Nikol Paşinyan özünün xarici siyasət vektorunda köklü dəyişiklik planlaşdırır ki, bunun da mahiyyəti KTMT və AİB kimi təşkilatlarda iştirakdan imtina və Rusiya hərbçilərinin ölkədən çıxarılmasıdır.

Rusiya Federasiyasına gəlincə, indiyədək baş verənlərlə bağlı konkret addımlar atılmayıb. Amma İrəvan çox gözəl başa düşür ki, Ermənistanın bütün iqtisadiyyatı əsasən Rusiya ilə əməkdaşlığa əsaslanır. Çətin ki, Moskva Ermənistanın xəyanətkar hərəkətlərinə uzun müddət dözəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti