...

"Azadlıq" siyasi bloku 141 bələdiyyədə boş qalmış yerlərə keçiriləcək təkrar seçkilərdə iştirak etməyəcək

Siyasət Materials 13 İyun 2006 15:02 (UTC +04:00)

"Azadlıq" siyasi bloku oktyabrın 6-da 141 bələdiyyədə boş qalmış yerlərə keçiriləcək təkrar seçkilərdə iştirak etməyəcək. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Həsən Kərimov bildirib.

H.Kərimov qeyd edib ki, 6 oktyabrda keçiriləcək seçkilər əvvəlki qeyri-demokratik seçkilərdən heç nə ilə fərqlənmədiyi, yeni seçki komissiyalarının paritet əsaslarda formalaşdırılmadığı, demokratik seçki mühitinin yaradılmadığı bir şəraitdə AXCP və onun həmtəsisçisi olduğu "Azadlıq" bloku bələdiyyə seçkilərində iştirak etməyi məqsədəuyğun saymır.

H.Kərimovun fikrincə, ötən seçkilərdə olduğu kimi, yenə də Bələdiyyə Şurası xalqın iradəsi ilə yox, icra orqanlarının təyinatı ilə müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti