...

Azərbaycan prezidenti Brüsselə yola düşüb

Siyasət Materials 6 Noyabr 2006 15:32 (UTC +04:00)

Noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev Brüsselə yola düşüb. Bu barədə Trend ə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Prezident noyabrın 7-8-də Brüsseldə AB, NATO və Belçika rəhbərləri ilə danışıqlar aparmaq niyyətindədir.

Səfər zamanı AB Nazirlər Şurasının baş katibi, AB-nin xarici siyasət məsələləri üzrə ali komissarı Xavyer Solana, Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo (Jose Manuel Barroso), AB-nin enerji məsələləri üzrə komissarı Andris Piebalqsla (Andris Piebalgs) görüşlər nəzərdə tutulur. AB və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması planlaşdırılır.

İlham Əliyev NATO-nun qərargah mənzilinə də baş çəkməyi və təşkilatın baş katibi Yaap de Xoop Shefferlə (Jaap de Hoop Scheffer) görüşməyi, NATO Avroatlantik Əməkdaşlıq Şurasında çıxış etməyi nəzərdə tutur. Bundn başqa, Belçika rəhbərliyi ilə də görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti