...

Bu il Azərbaycanda 103 abituriyent Prezident təqaüdü alacaq – TQDK sədri

Cəmiyyət Materials 6 Avqust 2010 12:43 (UTC +04:00)
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Prezident təqaüdü alacaq 103 abituriyentin siyahısını təqdim edəcək.
Bu il Azərbaycanda 103 abituriyent Prezident təqaüdü alacaq – TQDK sədri

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Hacıyev/

Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Prezident təqaüdü alacaq 103 abituriyentin siyahısını təqdim edəcək. Bu barədə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü jurnalistlərə bildirib.

Siyahıya qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər daxildir.

Abbaszadənin sözlərinə görə, bu il Türkiyənin Gülhane Tibb Akademiyasına 600-dən yuxarı bal toplayan 15 abituriyent daxil olub.

Ümumilikdə Azərbaycanın ali məktəblərinə 27 700 abituriyent qəbul olub.

Xəbər lenti

Xəbər lenti