...

Sabahdan Azərbaycanda anomal hava şəraiti başlayacaq və bayram günləri davam edəcək

Cəmiyyət Materials 5 Noyabr 2011 12:27 (UTC +04:00)
Sabahdan Azərbaycanda anomal hava şəraiti başlayacaq və bayram günləri davam edəcək
Sabahdan Azərbaycanda anomal hava şəraiti başlayacaq və bayram günləri davam edəcək

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycanda anomal hava şəraiti başlayacaq və bayram günləri davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 06-da hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir, belə ki, gecə və səhər 10 dərəcəyə yaxın, günün ikinci yarısında və axşam 2-5 dərəcə isti təşkil edəcək.

Noyabrın 7-də anomal kəskin soyuq hava şəraiti davam edəcək. Fasilələrlə yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturunun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 09-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti