...

Azad Rəhimov: Azərbaycan regiona Olimpiya hərəkatının dəyərlərini gətirə bilər

Cəmiyyət Materials 14 Aprel 2012 17:28 (UTC +04:00)
Azərbaycanın 2020-ci il XXXII Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı ərizəsi 2016-cı ildəkindən daha yaxşı hazırlanıb.
Azad Rəhimov: Azərbaycan regiona Olimpiya hərəkatının dəyərlərini gətirə bilər

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycanın 2020-ci il XXXII Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı ərizəsi 2016-cı ildəkindən daha yaxşı hazırlanıb. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası çərçivəsində 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhərlərin təqdimatını şərh edərkən deyib. Trend-in məlumatına görə, bu barədə "Vestnik Kafqaza" xəbər verir.

"Tərəfimizdən xüsusilə əsas idman klasterlərinin vəziyyətinə münasibətlə bağlı edilən bütün səhvlər nəzərə alınıb. Bu gün bütün idman obyektlərinin yerləşdikləri Bakı aeroportundan Dənizkənarı bulvaradək rəhbərlik edən xətt Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə tamamilə uyğun gəlir. O, həm azarkeşlər, həm də idmançılar üçün rahatlığa uyğundur. Şübhəsiz ki, bizim başlıca üstünlüyümüz də bundadır", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında, paytaxtda nəhəng dəyişikliklər baş verir. "Bundan əvvəlki ərizəmizdən 2-3 il sonra şəhərin siması dəyişib. Ona görə də, ərizəmizin uğurundan asılı olmayaraq, 80 min yerlik Olimpiya stadionunun təməlinin qoyulması, 15 min yerlik hovuz kompleksinin, gimnastika kompleksinin, Cüdo Mərkəzinin, Güləş Mərkəzinin tikintisinə başlanılıb", - Rəhimov deyib.

Onun sözlərinə görə, bu gün ölkənin regionlarında 33 Olimpiya kompleksi açılıb. Nazir hesab edir ki, bütün bunlar ciddi əsas, idmanın və əlbəttə ki, Olimpiya hərəkatının maddi-texniki bazasının artıq qoyulmuş təməl daşıdır.

"Hesab edirik ki, regiona Olimpiya dəyərlərini gətirə biləcəyik", - Rəhimov deyib.

XXXII Olimpiya Oyunlarının keçirilməsinə iddia edən beş şəhərdən üçüncüsü olan Bakı öz ərizəsini MOKA-ya təqdim edib.

"Bakı 2020"-nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva da hesab edir ki, Azərbaycan 2016-cı il Olimpiadasına ilk cəhdlə müqayisədə 2020-ci Olimpiya Oyunlarına ərizəyə daha yaxşı hazırlaşıb.

"Biz ərizəmizə çox inanırıq, çünki bizim çox güclü tərəflərimiz var. Azərbaycan Qafqaz ölkəsidir. Böyük region dünya idmanının ən böyük hadisəsində ilk dəfə iştirak edə bilər. Bu, təkcə bizim ölkəmiz üçün deyil, həm də bütün region üçün müsbət hadisədir. Bizim bütün ölkələrin inkişafına nəhəng təsir göstərən artan iqtisadiyyatımız var", - Nurullayeva deyib.

O hesab edir ki, dövlətin "Bakı 2020"-nin ərizəsini aktiv şəkildə dəstəkləməsi çox böyük işdir.

"Bu gün Moskvada 2020-ci il Olimpiya Oyunlarına Bakının namizəd qismində təqdimatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəxsən dəstəklədi. Beynəlxalq Olimpiya Komitəsi üçün ölkə rəhbərliyinin ərizənin irəli sürülməsində fəal iştirakı, Olimpiya Oyunların keçirilməsini isə ölkə əhalisinin dəstəkləməsi çox vacibdir", - Nurullayeva bildirib.

Sorğuya görə, Azərbaycan vətəndaşlarının 95 faizi 2020-ci il Olimpiadasının məhz Bakıda keçirilməsini istəyir.

Bakıdan başqa 2020-ci il Olimpiadasının keçirilməsi hüququ uğrunda İstanbul, Doha, Madrid və Tokio mübarizə aparır.

2012-ci il mayın 23-də Kanadanın Kvebek şəhərində BOK-un İcraiyyə Komitəsi namizədlik statusunu alan şəhərlərin adını açıqlayacaq. Olimpiadanın keçiriləcəyi yer 2013-cü ilin sentyabrında BOK-un Buenos-Ayresdəki 125-ci sessiyasında elan ediləcək.

Londonda keçiriləcək qarşıdakı Olimpiya Oyunlarının proqnozlarına gəldikdə, gənclər və idman naziri Azad Rəhimov bildirib: "Atlantada Azərbaycan bir medal, Sidneydə üç medal, Afinada beş, Pekində yeddi medal qazandı. Sonrasını özünüz mühakimə edin. Londonda ya 9, ya da 14!".

Xəbər lenti

Xəbər lenti