...

TÜRKPA və Türk Dünyası Bələdiyyələr Birliyi arasında Əməkdaşlıq Protokolu imzalanacaq

Cəmiyyət Materials 2 Sentyabr 2013 11:32 (UTC +04:00)
Sentyabrın 3-də Türkiyədə TÜRKPA və Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) arasında qarşılıqlı əməkdaşlıq barədə sazişin imzalanması planlaşdırılır.
TÜRKPA və Türk Dünyası Bələdiyyələr Birliyi arasında Əməkdaşlıq Protokolu imzalanacaq

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir M.Əliyev/

Sentyabrın 3-də Türkiyədə TÜRKPA və Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) arasında qarşılıqlı əməkdaşlıq barədə sazişin imzalanması planlaşdırılır.

TÜRK PA-dan Trend-ə bildiriblər ki, saziş hər iki təşkilat arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişaf etdirilməsi, yerli idarəetmə orqanları olan bələdiyyələrin beynəlxalq parlament təşkilatı olan TÜRKPA-nın fəaliyyətlərində yaxından iştirak edə bilməsi, birgə layihələrin, konfransların təşkili, TÜRKPA-nın müvafiq daimi komissiyalarının fəaliyyətlərində TDBB-nin ekspertlərinin yaxından iştirak edə bilməsi məqsədi daşıyır.

Əməkdaşlıq sazişinin TÜRKPA tərəfindən Baş katib Ramil Həsənov, TDBB tərəfindən isə Birliyin sədri, Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu tərəfindən imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti