...

Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq

Cəmiyyət Materials 3 Mart 2020 15:58 (UTC +04:00)
Müəllim işləmək üçün imtahan vermək istəyən əlilliyi olan şəxslər üçün test imtahanının davametmə müddəti artırılacaq.
Müəllim işləmək istəyən əlilliyi olan şəxslər üçün imtahan müddəti artırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Müəllim işləmək üçün imtahan vermək istəyən əlilliyi olan şəxslər üçün test imtahanın davametmə müddəti artırılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti