...

AzMİU-nun əməkdaşı “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb

Cəmiyyət Materials 31 Yanvar 2022 14:16 (UTC +04:00)
AzMİU-nun əməkdaşı “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb

Bakı. Trend6

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva British Council və Böyük Britaniya səfirliyinin birgə təşkil etdiyi “Study UK Alumni Awards” müsabiqəsinin mükafatına layiq görülüb.

4 kateqoriya (“elm və tərəqqi”, “mədəniyyət və kreativlik”, “sosial fəaliyyət”, “biznes və innovasiya”) üzrə keçirilən müsabiqədə əməkdaşımız “sosial fəaliyyət” kateqoriyası üzrə təhsil sahəsində gördüyü işlərə görə mükafat qazanıb. Bu istiqamətdə Böyük Britaniya universitetləri ilə qurulan əlaqələr, həyata keçirilən layihələr əsas götürülüb.

Qeyd edək ki, 2015-ci ildən keçirilən bu müsabiqə Böyük Britaniyada təhsil alan ən uğurlu məzunlar üçün nəzərdə tutulur. Türkan Əliyeva da Böyük Britaniyanın Lester Universitetinin məzunudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti