...

Bələdiyyələrin inkişafı ilə bağlı xeyli işlər görülməlidir – Nazir müavini

Cəmiyyət Materials 15 Fevral 2023 11:52 (UTC +04:00)
Bələdiyyələrin inkişafı ilə bağlı xeyli işlər görülməlidir – Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda fəailiyyət göstərən bələdiyyələrin inkişafı və təkmilləşdirilməsi ilə bağlı xeyli işlər görülməlidir. Bu sahədə ildən-ilə yeni problemlərlə qarşılaşırıq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

O qeyd edib ki, əsas problemlərdən biri bələdiyyələrin maliyyə resurslarının zəif olmasıdır.

Nazir müavinin sözlərinə görə, qanunvericilikdə bununla bağlı müəyyən imkanlar var.

“Lakin bələdiyyələr bəzən mövcud imkanlardan düzgün istifadə edə bilmir. Nəticədə bu, onların maliyyə imkanlarının artırılmasına mane olur. Daha bir məsələ isə bələdiyyələrin ərazilərində olan vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı dəqiq olsa, oradan lazımi vergilər yığılar və sonradan israfın qarşısı alınar”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti