...

Balakəndə 47 yaşlı kişi qətlə yetirildi

Cəmiyyət Materials 4 Avqust 2023 18:08 (UTC +04:00)
Balakəndə 47 yaşlı kişi qətlə yetirildi

Bakı. Trend:

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib.

Trend xəbər verir ki,bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17 radələrində Balakən rayonunun Xalatala kənd sakini 1976-cı il təvəllüdlü Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Vurğulanıb ki, cnayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edilib ki, nəticə barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti