...

İçərişəhərdə “Uşaqlar üçün İrs” Festivalı baş tutdu

Cəmiyyət Materials 4 İyun 2024 10:09 (UTC +04:00)
İçərişəhərdə “Uşaqlar üçün İrs” Festivalı baş tutdu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

1-2 iyun 2024-cü il tarixlərində İçərişəhərdə, “Uşaqlarlar üçün İrs” – 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mədəniyyət və yaradıcılıq festivalı keçirilib.

Trend xəbər verir ki, iki gün davam edən festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irsimizi, incəsənətimizi, sənətkarlığı tanıtmaq və yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlər keçirlib. Festival çərçivəsində, ilk dəfə olaraq, Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün, XI-XX əsrlərə aid uşaqlara aid eksponatların sərgiləndiyi “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunub. Ekspozisiyanın ən qədim artefaktı Şirvanşahlar Sarayı ərazisində tapılmış, XI-XII əsrə aid, saxsıdan hazırlanmış ördək formalı uşaq üçün nəfəsli musiqi alətidir. Sərginin ən müasir əşyası isə 1980-ci ildə Azərbaycan Oyuncaq Fabrikində hazırlanmış gəlincikdir.

“Uşaqlarlar üçün İrs” festivalının balaca ziyarətçilərində Tahir Salahovun “Güllər” sərgisi və Bakı Marionet Teatrında kuklalarla tanışlıq xüsusi marağa səbəb olub. Tədbir zamanı, həmçinin gənc rəssamların əsərlərinin sərgisi, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli oyunlar, “Tıq-tıq xanım” teatr tamaşası, “Sehrli xalat” filmi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti