...

COP29 çərçivəsində Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınmasına dair milli strategiya təqdim olunub

Cəmiyyət Materials 19 Noyabr 2024 11:14 (UTC +04:00)
COP29 çərçivəsində Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınmasına dair milli strategiya təqdim olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Hazırda dünyada insanların və digər canlıların sağlamlığına, həmçinin ətraf mühitə ciddi zərər vuran hadisələr özünü qabarıq formada göstərməkdədir.

Trend xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Vahid Sağlamlıq Konfransında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Zəkiyyə Mustafayeva deyib.

O bildirib ki, ətraf mühitin çirklənməsi və dəyişən iqlim şəraiti yeni yoluxucu xəstəliklərin meydana çıxmasına səbəb olmaqla, insan və heyvan sağlamlığına təhlükə törədəcək nəticələrə gətirib çıxara bilər.

“Mövcud vəziyyətin idarə olunması üçün beynəlxalq miqyasda əlaqələndirilmiş fəaliyyətlər həyata keçirilir. Bu sahədə beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş “Vahid Sağlamlıq” konsepsiyası xüsusi aktuallıq kəsb edir.

“Vahid Sağlamlıq” insan, heyvan və ekosistemin sağlamlığının optimal səviyyələrinə çatmağa və bunlar arasında davamlı tarazlığa nail olmağa yönəlmiş vahid yanaşmadır. Bu konsepsiya qida və su təhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır.

“Vahid Sağlamlıq” yanaşmanın istər milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulan məsələlərə çatmaq, o cümlədən insan, heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın vəzifəsi hesab edilir.

Məsələn, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir. Zoonoz xəstəlikləri erkən aşkarlamaq üçün çevik mexanizmlərin yaradılması, böhran vəziyyətlərinin idarə olunması, müxtəlif mübarizə üsullarının formalaşdırılması və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqi məqsədilə beynəlxalq ekspertlərin dəstəyi ilə aidiyyəti qurumlar tərəfindən Milli Strategiya layihəsi hazırlanmış və bu gün sizlərə təqdim olunacaqdır.

Yaşadığımız qloballaşma dövründə insan, heyvan və ətraf mühitin sağlamlığının bir-birindən asılı olduğunu qəbul edərək, bu sahələrdəki problemləri ayrı-ayrılıqda deyil, birgə yanaşma ortaya qoymaqla həll etməliyik”, - 0 əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti