Bakı.Trend:
"Bakı Metropoliteni" QSC-də qışa hazırlıq tədbirləri tam yerinə yetirilib.
Trend xəbər verir ki, bunu QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, metropolitendə qışa hazırlıq yay aylarından başlanılıb.
"Hər il bununla bağlı xüsusi işçi qrupu yaradılır. İşçi qrupu elektrik depoları, metropoliten stansiyaları və digər obyektlərdə həm infrastrukturun, həm sərnişindaşıma xidməti sektoruna daxil olan sahələrin, həm də işçilərin əmək şəraitinə uyğun olan bütün sahələrdə araşdırma aparır və buna uyğun qərarlar verilir.
Sərnişinləri maraqlandıran ən vacib məsələlərdən biri stansiyaların qışa hazırlığıdır ki, bu istiqamətdə metronun bütün stansiyalarının qum və duzla təmin olunması, yəni qarlı və şaxtalı hava şəraitidə stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün lazım olan bütün ehtiyatlar görülüb, bundan əlavə olaraq ləvazimatların hər biri alınaraq stansiyalara təhvil verilib. Dekabrın 1-dən "Bakı Metropoliteni" QSC-də qışa hazırlıq planlarının qüvvəyə minməsi nəzərdə tutulur", - deyə o qeyd edib.