...

FİFA-nın Azərbaycandan olan hakimlər briqadası İngiltərə-Moldova oyununu idarə edəcək

Cəmiyyət Materials 19 İyul 2006 12:00 (UTC +04:00)

Başda FİFA hakimi Vüsal Əliyev olmaqla azərbaycanlı hakimlər briqadası yeni təyinat alıb. AFFA-nın Hakimlər Komitəsinin başçısı Əli Hüseynovun Trend ə verdiyi məlumata görə, yerli hakimlərimiz Avropa Çempionatının seçmə turnirində İngiltərə və Moldovanın gənclərdən ibarət yığmaları arasında görüşü idarə edəcək. Görüş avqustun 15-də İpsviçdə keçiriləcək. Xətdə V.Əliyevə Azad Hüseynov və İlham Əliyev kömək edəcək, Azad Mütəllimov isə 4-cü hakim qismində çıxış edəcək.

Qeyd etmək lazımdır ki, ötən Azərbaycan çempionatının ən yaxşı hakimi seçilmiş V.Əliyev üçün qarşıdakı görüş bu mövsümdə yığmaların iştirakı ilə ilk oyun olsa da, bu il o, Avropa Kuboklarının oyunlarını da idarə edib.

Xəbər lenti

Xəbər lenti