Azərbaycan, Bakı, 4iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Məlumdur ki, bu il tanınmış şair və dramaturq Hüseyn Cavidin 125 illik yubileyi tamam olur. Bu məqsədlə İlham Əliyevin göstərişi ilə bir sıra tədbirlər keçiriləcək. Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlının verdiyi məlumata görə, yubiley üçün "Yeni təfəkkürün nuru" adlı beynəlxalq konfrans keçiriləcək. Həmin konfransda Türkiyədən, İrandan, həmçinin başqa ölkələrdən qonaqlar iştirak edəcək. Bütün bu tədbirlər dahi dramaturqun yubileyi günü, yəni oktyabrın 24-nə planlaşdırılır.