...

Azərbaycan Avropa Şurasının idman oyunları ilə bağlı konvensiyasına qoşulub (FOTO)

İdman Materials 1 Dekabr 2016 12:12 (UTC +04:00)
Budapeştdə keçirilmiş Avropa Şurasının İdmana məsul nazirlərinin 14-cü konfransı öz işini yekunlaşdırıb.
Azərbaycan Avropa Şurasının idman oyunları ilə bağlı konvensiyasına qoşulub (FOTO)

Bakı. Trend:

Budapeştdə Avropa Şurasının idmana məsul nazirlərinin 14-cü konfransı öz işini yekunlaşdırıb.

Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Konfrans çərçivəsində A.Rəhimov Azərbaycanın “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədi imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti