...

Millətlər Liqasında Almaniya Ukraynanı məğlub etdi

İdman Materials 11 Oktyabr 2020 03:49 (UTC +04:00)
Millətlər Liqasında Almaniya Ukraynanı məğlub etdi

Bakı. Trend:

Ukrayna millisi futbol üzrə Millətlər Liqasının qrup mərhələsinin üçüncü tur matçında öz meydançasında alman komandasına 1:2 hesabı ilə məğlub oldu.

Trend TASS-a istinadən xəbər verir ki, görüş Kiyevdəki Olimpiya stadionunda baş tutub.

Almanlardan qolları Matias Ginter (20-ci dəqiqə) və Leon Qoretska (49), ukraynalılardan isə Ruslan Malinovski (77) vurub.

Bu qələbə 2020-ci ildə Almaniya millisi üçün ilk oldu, sentyabr və oktyabr aylarında İspaniya, İsveçrə və Türkiyə komandaları ilə görülərdə komandaları ilə heç-heçə etdilər (İspaniya, İsveçrə: hər iki oyun 1:1, Türkiyə ilə 3:3).

Üç turun nəticələrindən sonra cədvəldə birinci sıranı İspaniya millisi (yeddi xal) tutur, ikincisi Almaniya yığmasıdır (5), ukraynalılar üçüncü sırada (3), İsveçrə komandası isə (1) sonuncu gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti