...

Yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracatı artıb

İqtisadiyyat Materials 9 İyun 2022 11:56 (UTC +04:00)
Yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracatı artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz artaraq 1,7 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 330 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 94 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 3,8 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti