...

Azərbaycanın dövlət borcunun kreditorlar üzrə bölgüsü açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 13:42 (UTC +04:00)
Azərbaycanın dövlət borcunun kreditorlar üzrə bölgüsü açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 1 yanvar vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.

Məlumat görə, xarici dövlət borc portfelinin 35,1%-i Asiya İnkişaf Bankının, 27,0%-i avrobondların, 15,8%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankının ehtiyatları - 71 milyard ABŞ dolları məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti