...

Azərbaycanın dövlət borcu proqnozlaşdırılan ÜDM-in 20,4%-ni təşkil edib

İqtisadiyyat Materials 28 Aprel 2025 11:07 (UTC +04:00)
Azərbaycanın dövlət borcu proqnozlaşdırılan ÜDM-in 20,4%-ni təşkil edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 26,6 milyard manat və ya 2025-ci il üzrə 130,7 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi dövlət borcunun 8,6 milyard manatı (5.1 milyard ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18 milyard manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşür.

Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində(Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30,0%-dən çox olmaması və xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti