...

Azərbaycanın daxili dövlət borcu proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib

İqtisadiyyat Materials 28 Aprel 2025 11:31 (UTC +04:00)
Azərbaycanın daxili dövlət borcu proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 1 aprel tarixinə Azərbaycanın daxili dövlət borcu 18 milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, daxili dövlət borcu 2025-ciilin 1 yanvar tarixi ilə müqayisədə 658,4milyon manat azalıb.

Hesabat tarixinə daxili dövlət borcunun 8,8 milyard manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,2 milyard manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti