Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 18,785 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,788 milyon ABŞ dolları və ya 34,2% çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində ABŞ-nin payı 16,7% təşkil edib.
Həmçinin cari ilin ilk rübündə ABŞ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,268 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 8,853 milyon ABŞ dolları və ya 61,4% artım deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində ABŞ-nin payı 10,1% təşkil edib.
2024-cü ilin birinci rübündə Azərbaycandan ABŞ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 13,997 milyon ABŞ dolları, əks istiqamətdə isə 14,415 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.