Bakı. Trend:
Azərbaycan İsveçrə ilə maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə Azərbaycana ilk işgüzar səfərində görüşməkdən məmnun olduq. Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq.
Görüşdə, həmçinin, ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.