...

Azərbaycanın “AI-95” markalı benzini idxal etdiyi ölkələr - CƏDVƏL

İqtisadiyyat Materials 16 İyul 2025 12:05 (UTC +04:00)
Azərbaycanın “AI-95” markalı benzini idxal etdiyi ölkələr - CƏDVƏL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may yalarında Azərbaycana 4 ölkədən dəyəri 47,1 milyon ABŞ dolları olan 55,8 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 21,9 min ton və ya 1,6 dəfə, dəyər baxımından isə 13,3 milyon ABŞ dolları və ya 1,4 dəfə çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə (Gürcüstan) dəyəri 2,8 milyon ABŞ dolları olan 4196 ton “Aİ-95” markalı benzin ixrac edilib.

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95” markalı benzin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk 5 ayında Azərbaycanın “Aİ-95” markalı benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

6964,55

5599,67

Rusiya

37544,6

31887,2

Bolqarıstan

1400,24

1173,08

Rumıniya

9939,12

8484,9

Məqalədə:
Xəbər lenti

Xəbər lenti