...

Azərbaycanın Vergilər Nazirliyi lizinq bazarının problemləri üzrə komissiya yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Vergilər Nazirliyi nəzdində ölkənin lizinq bazarının vergilərlə bağlı problemlərini öyrənəcək komissiya yaradılacaq. Bu barədə cümə axşamı Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının idarə heyətinin sədri Azər Məmmədov məlumat verib.

"Bu qərar Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycanın Vergilər Nazirliyi arasında danışıqlar əsasında qəbul edilib",- Məmmədov bildirib.

Buna baxmayaraq, dünyanın bir çox ölkələrində lizinq ölkənin maliyyə bazarının inkişaf etmiş sahəsidir. Azərbaycanda bu sahə 2000-ci ilin əvvəlindən fəal işləməyə başlayıb. Ölkənin lizinq bazarının əsas problemlərindən biri ölkədə lizinq fəaliyyətinə əlavə dəyər vergisinin tətbiqi və lizinq əməliyyatlarının ƏDV-ə cəlb edilməsi üçün daha məqbul mexanizmin olmamasıdır.

BMK-nın Azərbaycan və Mərkəzi Asiyada lizinqin maliyyələşdirilməsi Fondu nəzdində texniki yardım" layihəsinin (2004-cü ildən reallaşdırılır) rəhbəri Teymur Heybətovun bir müddət əvvəl bildirdiyinə görə, BMK lizinq fəaliyyəti sahəsində mövcud qanunvericiliyə dəyişiklik edilməsi üzrə təkliflər hazırlayıb.

"Yeni mexanizm lizinq ödəmələri zamanı ƏDV-ni hesaba almağa imkan verəcək. Bu həm müştərilər, həm də lizinq şirkətlərinə sərfəlidir. Belə ki, hazırki şəraitdə şirkətlər ƏDV ödəmir, lizinq predmeti olan texnika və avadanlıq isə, vergiyə cəlb edilir", - Heybətov bildirib.

Assosiasiya 2004-cü il oktyabrın 27-də, BMK-nın Azərbaycanda lizinqin inkişafına texniki yardım layihəsi çərçivəsində, Ataleasing, Unileasing, Muganleasing şirkətləri tərəfindən təsis edilib. ALŞA-ya illik üzvlük haqqı 830 manat ölçüsündə qoyulub.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti