...

Bakıda yanvar ayı ərzində ilkin əmlak bazarında qiymətlər sabit qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir Ü.İsmayılova/ Bakının ilkin əmlak bazarında mənzillərin alqı-satqısı üzrə əməliyyatların sayı yanvar ayı ərzində son 5 ayda ilk dəfə olaraq dəyişməz qalıb. Əvvəlki aylarda bu göstəricidə. orta hesabla, 2,5 faiz azalma müşahidə olunurdu,- cümə axşamı "Əmlak bazarının iştirakçıları" İctimai Birliyindən verilən məlumatda deyilir.

Bakının ilkin əmlak bazarında bir kvadrat metrin qiyməti cəmi 0,3 faiz artaraq 1028 dollar olub.

Şəhərin mərkəzindəki qiymətlərdə sabitlik müşahidə olunub, satılan 1 və 2 otaqlı mənzillərin sayı isə, 4-5 otaqlılarla müqayisədə azlıq təşkil edib.

Yanvar ayı ərzində ilkin əmlak bazarında 587 bina tikilib və istismara verilib, tikinti şirkətlərinin sayı 216 olub. Tikilən binaların böyük əksəriyyəti Bakının Yasamal rayonunun payına düşüb.

Xəbər lenti

Xəbər lenti