...

Azərbaycanıvn Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələri artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2008 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend / Cari ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə proqnozlaşdırılan 176 mln. manata nisbətdə 177,07 mln. manat köçürmə edib. Bu barədə DGK-nin mətbuat xidmətindən məlumat verilib.

İki ay ərzində aparılan köçürmə 2007-ci ilin analoji dövrünün göstəricisini 68,33 mln. manat üstələyib.

Ötən il DGK tərəfindən dövlət büdcəsinə köçürmələr 771,9 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin analoji dövr göstəricisindən 255,9 mln. manat çoxdur.

Xəbər lenti

Xəbər lenti