...

Azərbaycanin iri sement istehsalçısı səhmdarların toplantısının vaxtını dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir S.Babayeva/ Azərbaycanın iri sement istehsalçısı "Garadagh Cement" ASC hər il keçirdiyi səhmdarların ümumi toplantısının vaxtını dəyişib. Məlumatda bildirildiyinə görə, toplantı iyunun 17 -dən iyulun birinə keçirilib.

"Garadagh Cement" Azərbaycanda klinker və sementin iri istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib, hazırda onun nəzarət səhm zərfi, qabaqcıl sement tədərükçüsü, beton doldurucusu və inşaat materialları və xidmətlərinə aidiyyatı olan "Holcim Group" şirkətinə məxsusdur.

"Holcim Group" dünyanın 70-dən çox ölkəsində nəzarət səhm zərfi və iştirak payına malikdir. 2007-ci ildə Avropanın Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2008-ci ilin fevralında səhmlərin 10 faizini alaraq, "Garadagh Cement" ASC-nin səhmdarları sırasına daxil olub.Azərbaycanın investisiya şirkəti də 10 faiz səhm əldə edib.

Hazırda "Holcim Group" 69,4 faiz, AYİB və fərdi səhmdarlar, müvafiq olaraq 10, 10 və 10,6 faiz səhm sahibidir.

Xəbər lenti

Xəbər lenti