Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanda investisiya proqramı çərçivəsində reabilitasiya mərkəzlərinin tikintisinə gələn il - 2009-cu ilin dövlət büdcəsinin təsdiq edilməsindən sonra başlanılacaq", - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov cümə günü bildirib.
"Reabilitasiya mərkəzləri azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslər, onların mənzil və işlə təmin edilməsi, nəzarətsiz uşaqlar üçün nəzərdə tutulacaq", - nazir müavini bildirib.
Rəhimovun sözlərinə görə, belə mərkəzlərin açılmasının əsas məqsədi belə insanların normal həyata qayıtmasıdır.
"Nazirlik belə mərkəzlərin yaradılması məqsədilə bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin təcrübəsini öyrənəcək;bu dövlətlər belə insanların və xüsusilə də uşaqların problemlərinə daha ciddi yanaşırlar", - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əvvəllər bildirib.
İdarə rəhbərinin sözlərinə görə, "Biz elə etməliyik ki, ölkənin bütün uşaqları ailədə və ya "alternativ ailədə" qayğı alsınlar".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]