...

Moskva hökuməti ABB-Moskvanın səlahiyyətli bank statusunu uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend /

"Moskva hökuməti Azərbaycan Beynəlxalq Bankının Moskva filialının ("ABB-Moskva") "Moskva hökumətinin səlahiyyətli bankı" statusunu 18 ay müddətinə uzadıb", - Bankın məlumatında deyilir.

"Binbank" ASC, "Bank VTB" ASC, "Alfa-Bank" ASC-nin də olduğu, ümumilikdə səkkiz bank üçün də status müddəti uzadılıb.

"ABB-Moskva"-nın "Moskva hökumətinin səlahiyyətli bankı" statusunun uzadılması hökumət tərəfindən yüksək inamın göstəricisidir və "ABB-Moskva"-nın etibarlı iş tərəfdaşı olması faktını təsdiqləyir", - məlumatda deyilir.

Moskva hökumətinin Səlahiyyətli Banklar İnstitutu 17 il əvvəl şəhərin icra orqanları ilə kommersiya banklarının iş münasibətlərinin qaydaya salınması məqsədi ilə yaradılıb. "ABB-Moskva" 2004-cü ildən Moskva hökümətinin səlahiyyətli bankıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti