...

Antiinhisar Xidməti qənnadı məmulatları istehsalçısına 60,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2010 16:41 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə "Elvan İrmak Qida Məhsulları" MMC-yə 60,7 min manat maliyyə sanksiyası tətbiq edib.
Antiinhisar Xidməti qənnadı məmulatları istehsalçısına 60,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə "Elvan İrmak Qida Məhsulları" MMC-yə 60,7 min manat maliyyə sanksiyası tətbiq edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

"Elvan" markalı şəkərli peçenye və qaletlərin istehsalı və satışı zamanı istehlakçıları çaşdırmaqla antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə Elvan İrmakın barəsində cinayət işi qaldırılıb.

"Aprelin 15-də Dövlət Xidmətində müəssisənin nümayəndələrinin iştirakı ilə işə baxılıb və "Elvan İrmak Qida Məhsulları" MMC tərəfindən "Haqsız rəqabət haqqında" qanunun tələblərinin pozulduğu sübuta yetirilib. Elvan İrmaka qarşı maliyyə sanksiyası tətbiq olunub", - məlumatda deyilir.

Pozuntular ticarət obyektlərinin monitorinqi zamanı aşkar olunub. Bura əsasən Elvan İrmak şirkəti tərəfindən istehsal olunan "Elvan" markalı peçenye və qaletlərin qablaşdırılmasının üzərində göstərilən yararlılıq müddətinin normadan çox olması, normativ-texniki sənədlərin tələblərinin pozulması, həmçinin böyük həcmdə istifadə müddəti bitmiş məhsulların olması daxildir.

Bununla yanaşı, şirkətin anbarında Türkiyə istehsalı olan və istifadə müddəti 17 gün əvvəl bitən 6567,5 kiloqram qənnadı məmulatı (şokolad, karamel və vafli) aşkar olunub. Bundan əlavə, "Elvan İrmak Qida Məhsulları"nın istehsalı olan və istifadə müddəti bitmiş 4461,8 kiloqram peçenye, 150 kiloqram qalet, 545 kiloqram xammal və 477 kiloqran şokolad marmeladı aşkar edilib.

Həmçinin şirkətin anbarında qablaşdırmada göstərilən istifadə müddətinin normativ-texniki tələblərdən çox olduğu 72726,2 kiloqram mal, o cümlədən 9408,4 kiloqram qalet və 63317,8 kiloqram peçenye aşkar edilib. Həmçinin malın Türkiyə mənşəli olduğunu təsdiqləyən 1445 ədəd qablaşdırma aşkar edilib.

Xəbər lenti

Xəbər lenti