...

Azərbaycanda işgüzar əlaqələrin yaradılması üzrə treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 18:04 (UTC +04:00)
Naftalan şəhərində İqtisadi İnkişaf Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi və Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş "Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu" mövzusunda treninq keçirilib.
Azərbaycanda işgüzar əlaqələrin yaradılması üzrə treninq keçirilib

Аzərbaycan,Bakı, 23 avqust /Trend/

Naftalan şəhərində İqtisadi İnkişaf Nazirliyi yanında Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi və Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş "Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu" mövzusunda treninq keçirilib. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

Treninqdə Azərbaycan Dövlət Aqrar Universiteti, şəhər İcra Hakimiyyəti, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri və 15-dən çox sahibkar iştirak ediblər. Treninqdə yüksək keyfiyyətli məhsul istehsalı və satışın təmin edilməsi üçün işgüzar əlaqələrin qurulması, davranışın tənzimlənməsi, etik prinsiplər və normalar, korporativ etika kodeksləri və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti