...

İran neft ixracını artıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 15:00 (UTC +04:00)
İran Parlamentinin Araşdırmalar Mərkəzi ölkənin gələn il üçün (İranda il martın 21 də dəyişir) büdcə layihəsinin gəlir və xərclərini araşdırıb.

Azərbaycan, Bakı, 3 mart /Trend/

İran Parlamentinin Araşdırmalar Mərkəzi ölkənin gələn il üçün (İranda il martın 21 də dəyişir) büdcə layihəsinin gəlir və xərclərini araşdırıb. Mərkəzdən bildirilib ki, araşdırmaların nəticəsi onu göstərir ki, hökumət gələn il neft ixracını artıracaq. Bu barədə Trend İranın /donya-e-eqtesad.com/ internet qəzetinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, 2010-cu ilin 9 ayı ərzində İran orta hesabla sutkada 2,26 milyon barel xam neft ixrac edib. Lakin büdcənin gəlirləri və xərclərinin tənzimlənməsinin araşdırması göstərir ki, hökumət gələn il üçün xam neft ixracatını sutkada 2,3 milyon barelə qədər artırmaq istəyir.

İranın neft naziri Məsud Mirkazimi 2010-cu ilin oktyabr ayında jurnalistlərə verdiyi açıqlamada İranın 150 milyard barrel neftə malik olduğunu deyib. Lakin indiyədək bu rəqəmin 138 milyard barrel olduğu ehtimal edilirdi.

Xəbər lenti

Xəbər lenti