...

Azərbaycan Gürcüstanla sərhəddə gömrük nəzarətini gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 16:17 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə daha bir sərhəd buraxılış məntəqəsinə beynəlxalq statusun verilməsi haqqında məsələ qaldırmaq niyyətindədir.
Azərbaycan Gürcüstanla sərhəddə gömrük nəzarətini gücləndirir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstanla sərhəddə daha bir sərhəd buraxılış məntəqəsinə beynəlxalq statusun verilməsi haqqında məsələ qaldırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Bu gün Gürcüstanla sərhəddə iki məntəqə - "Sınıqkörpü" və "Böyük Kəsik" dəmiryol məntəqəsi bu statusa malikdir.

"Üçüncü məntəqənin "Sadıqlı" olacağı tamamilə mümkündür. Gürcüstanla sərhəddə yükdaşıma həcmini nəzərə alaraq, biz istəyirik ki, onun abadlaşdırılması və işinin yaxşılaşdırılması üzrə müəyyən işlərin aparılmasından sonra məntəqə beynəlxalq status alsın", - Əliyev deyib.

Onun sözlərinə görə, bu, sərhəddən yükdaşıma prosesini sürətləndirəcək və mal dövriyyəsinin həcminin artırılmasına imkan verəcək.

"Bu tədbir hər iki tərəfdə avtomobil növbələri ilə bağlı problemlərin həlli və tranzit yükdaşımaların tənzimlənməsi üçün vacibdir. Biz artıq Gürcüstan tərəfi ilə razılığa gəlmişik və bu təkliflə ölkə hökumətinə müraciət edəcəyik", - Əliyev qeyd edib.

Komitə sədrinin sözlərinə görə, digər ölkələrlə dövlət sərhədlərində beynəlxalq statusa malik məntəqələrin sayının artırılmasına ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti