...

İSPANİYANIN TİCARƏT MİSSİYASI SENTYABRDA BAKIYA GƏLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 13:38 (UTC +04:00)

Sentyabrda İspaniya biznesmenlərinin Bakıya səfəri gözlənilir.Bu barədə Trend agentliyinə Azərbaycan Ticarət-Sənaye Palatasının (TSP) şöbə müdiri Elçin Şıxəliyev bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə, xüsusilə kiçik və orta şirkət və müəssisələri təmsil edən sahibkarlar arasında ticari-iqtisadi əlaqələrin inkişafı yollarının müzakirəsi gözlənilir.Azərbaycan TSP artıq bir neçə ildir ki, Barselona və Madrid TSP ilə əməkdaşlıq edir.

Bu, İspaniya biznesmenlərinin Azərbaycana ikinci ticarət missiyasıdır.İlk dəfə onlar Azərbaycanda ötəni il olub.Səfər çərçivəsində İspaniya tərəfdən İspaniya ixrac mallarının Bakıda sərgisinin təşkili imkanı barədə məsələyə baxılması təklif edilib ki, bu da işgüzar əlaqələrin inkişafı üçün əlverişli şərait yarada bilərdi.

Xəbər lenti

Xəbər lenti