...

Azərbaycanda MDB ölkələri arasında ən böyük sənaye istehsalı artımı müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2006 19:16 (UTC +04:00)

2005-ci ilin yanvar-may aylarında MDB ölkələri üzrə sənaye istehsalının orta artımı 5% olduğu halda, 2006-cı ilin yanvar-may aylarında 6% təşkil edib. Bu barədə Trend agentldiyi "RBK"ya istinadən xəbər verib.

Ən yüksək artım sürəti Azərbaycanda (43,8%), Belorusda (12,4%) və Türkmənistanda (22,4%) müşahidə olunur. Ermənistanda bu göstərici - 1,9%, Qırğızıstanda - 9,7%, Moldovada isə - 6,9% azalıb.

2006-cı ilin aprel ayı ilə müqayisədə mayda MDB ölkələri üzrə sənaye istehsalı 0,6% artıb (ötən il - 5,2%). Bununla yanaşı, Azərbaycan sənayesində artım 5,7%, Belorusda - 7,3%, Qazaxıstanda - 3,5%, Moldovada - 5,1%, Ukraynada - 4,4% təşkil edib.

Xəbər lenti

Xəbər lenti