...

Azad İstehlakçılar Birliyi istehlak bazarının monitorinqinin nəticələrini açıqlayıb (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 16:43 (UTC +04:00)
Azad İstehlakçılar Birliyi istehlak bazarının monitorinqinin nəticələrini açıqlayıb  (video)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın Azad İstehlakçılar Birliyi ölkənin sərhədyanı rayonlarında istehlak bazarının monitorinqini keçirib. Bu barədə cümə axşamı qurumun sədri Eyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, 27 növ ərzaq məhsulunu əhatə edən monitorinq Qazax, Ağstafa və "Qırmızı körpü" (Azərbaycan-Gürcüstan sərhədi) ərazisində keçirilib. Monitorinq əsasən Türkiyə və İrandan gətirilən mallar arasında aparılıb. Buraya mayonez, quru süd, kolbasa və un məmulatları daxildir.

Monitorinq aşkar edib ki, yoxlanılmış məhsullardan heç birisi keyfiyyət standartına cavab vermir və insan sağlamlığı üçün təhlükəlidir.

Azad İstehlakçılar Birliyi əhali arasında antireklam tədbirləri keçirir ki, ölkə sakinləri bu məhsulları almasınlar.

Hüseynov qeyd edib ki, rəhbərlik etdiyi qurum yoxlamaların nəticələrini yazılı sürətdə dövlət strukturlarının diqqətinə çatıdırıb.

Monitorinq "Avrasiya" fondunun dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti