...

Azərbaycan Bolqarıstanda "Nabukko" qaz kəməri layihəsini müzakirə edəcək

Energetika Materials 15 Aprel 2008 13:17 (UTC +04:00)
Azərbaycan Bolqarıstanda "Nabukko" qaz kəməri layihəsini müzakirə edəcək

Azərbaycan, Bakı, 15 aprel / " / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanda Xəzər qazının Avropa İttifaqı ölkələri bazarlarına ixracını nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılma perspektivlərini müzakirə edəcək.

Nazirin Bolqarıstana rəsmi səfəri çərşənbə günü başlayacaq.

"Mən Bolqarıstanda ölkə prezidenti, XİN başçısı və Baş nazir ilə görüşlər keçirəcəyəm və bu səfər Bolqarıstan prezidentinin Bakıya səfəri zamanı başlanmış dialoqun davamı olacaq" - deyə Məmmədyarov bildirib.

Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi 2008-ci ilin yanvar ayında təxminən 970 min manar təşkil edib.

"Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı münasibətlər, xüsusilə də iqtisadiyyat, energetika, kənd təsərrüfatı və humanitar məsələlər, həmçinin "Nabukko" layihəsi üzrə əlaqələr uğurla inkişaf edir" - deyə Azərbaycanın XİN başçısı bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti