...

Neftimiz ucuzlaşdı

Energetika Materials 21 Sentyabr 2016 13:13 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 46,78 dollar/barel təşkil edib ki, bu da avqustun 19-na olan göstəricidən 0,95dollar/barel azdır.
Neftimiz ucuzlaşdı

Bakı. Ənvər Məmmədov – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 46,78 dollar/barel təşkil edib ki, bu da avqustun 19-na olan göstəricidən 0,95 dollar/barel azdır. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azeri Light-ın qiyməti sentyabrın 20-də 45,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 20-də 42,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,88 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 20-də 45,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti