Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1210,8 min ton avtomobil benzini istehsal olunub.
Bu barədə Trend Dövlət Statistik Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% azdır. Dekabrın 1-i vəziyyətinə görə ölkədə hazır məhsul ehtiyatı 5 min ton olub.
Qeyd edək ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4390,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azalıb.