...

Benyamin Ben-Eliezer: İsrail Azərbaycan-Gürcüstan-Türkiyə boru kəməri dəhlizinə qoşulmaq istəyir

Energetika Materials 1 Noyabr 2006 15:04 (UTC +04:00)

İsrail enenrji daşıyıcılarının istehlakçısı və gələcəkdə tranzit məntəqəsi qismində Azərbaycan-Gürcüstan-Türkiyə boru kəmər dəhlizinə qoşulmaqda maraqlıdır. Bu barədə İsrailin milil infrastruktur naziri Benyamin Ben-Eliezer bildirib.

Trend in Novosti-Qruziya-ya istinadən xəbər verdiyi kimi, Ben-Eliezer bu barədə Hayfada keçirilən enerji konfransında bəyan edib. Konfransda bir gün əvvəl rəsmi səfərlə İsrailə gəlmiş Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib.

"Mən Azərbaycanda başlayan, Gürcüstanı, Türkiyəni, Aralıq dənizini kəsən və İsraildə başa çatan qarşılıqlı əlaqəli qaz və neft kəmərləri infrastrukturunu görürəm", - deyə Ben-Eliezer bildirib.

Nazirin sözlərinə görə, İsrail nəinki iri həcmdə enerji daşıyıcıları almağa hazırdır, həm də Xəzər neftinin Asiya ölkələrinə nəqli üçün öz ərazisini təklif edir. Bu barədə RİA Novosti xəbər verir.

"İsrail neftin Çin, Hindistan və Yaponiya bazarlarına nəqli üçün körpü rolunu oynaya bilər. Bu, neftin Afrika ətrafına daşınması ilə bağlı iri xərclərə yol verməməyə imkan yaradardı", - deyə Ben-Eliezer qeyd edib.

"Mən İsraili dünyanın aparıcı enerji dövlətləri sırasında görürəm. Asiya, Afrika və Avropa qitələrinin kəsişməsində, Aralıq və Qırmızı dənizlərin sahilində yerləşən ölkənin srtateji mövqeyindən istifadə edərək, buna nail olmaq olar", - deyə nazir bəyan edib.

Ben-Eliezer çıxışında Rusiya qazının Türkiyə ərazisi və Aralıq dənizi ilə nəqli layihəsi də daxil olmaqla, bir dəfə də olsun Rusiya ilə enerji sahəsində əməkdaşlığın perspektivlərini xatırlatmayıb.

Xəbər lenti

Xəbər lenti