Bakı. Sədrəddin Ağcayev - Trend:
2021-ci il noyabrın 1-ə olan vəziyyətə görə Azərbaycanda pul bazası 14,621 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Ötən ayla müqayisədə pul bazası 0,85 faiz və ya 122,5 milyon manat artıb.
Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 20,8 faiz çoxalıb.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)